Səfir: Latviya ilə Azərbaycan arasında əlaqələr getdikcə möhkəmlənir
Latviya ilə Azərbaycan arasında əlaqələr getdikcə möhkəmlənir.
Polise.az xəbər verir ki, bunu Latviyanın səfiri Edqars Skuya Latviya Respublikasının elan olunmasının 105 illiyi münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.
Ölkəsinin tarixinə, keçdiyi inkişaf yoluna nəzər salan səfir Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafından danışıb.
“Ölkələrimiz arasındakı əlaqələrin sferası getdikcə genişlənir. Latviya həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir”, – deyə diplomat vurğulayıb.
Latviya ilə Azərbaycan arasındakı əlaqələrin beynəlxalq arenada da uğurla inkişaf etdiyini bildirən Edqars Skuya əlaqələrin bundan sonra da uğurla inkişaf edərək dərinləşəcəyindən əminliyini ifadə edib.
Polise.az