Səfir: Qazaxıstan COP29-da fəal iştirak edəcək
Qazaxıstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirak edəcək.
Polise.az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel səfirlikdə təşkil olunan Azərbaycan-Qazaxıstan turizm forumunda deyib.
Onun sözlərinə görə, Qazaxıstan və Azərbaycan strateji tərəfdaşdır və buna dövlət başçıları arasında sıx siyasi dialoq kömək edir.
“2023-cü ilin statistik məlumatlarına görə, ötən il Mərkəzi Asiyadan Azərbaycana səfər etmiş hər ikinci turist Qazaxıstandan gəlib. Keçən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində bu rəqəm 38 mindən çox olub. Ümumiyyətlə, Azərbaycana turist axınının artım dinamikasına görə Qazaxıstan Çin və Hindistandan sonra üçüncü yerdədir”, – səfir bildirib.
Polise.az