Səfir: Türkiyə şirkətlərinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik
Pirallahı Sənaye Parkında Türkiyənin və Azərbaycanın birgə yaratdığı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsi digər sahələrə də nümunə olacaq.
Polise.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı müəssisənin təməlqoyma mərasimində deyib.
O qeyd edib ki, müəssisənin Azərbaycan İnvestisiya Şirkəti ilə birgə əməkdaşlığı nəticəsində yaradılması əhəmiyyətli və dəyərlidir: “Türkiyəli investorların Azərbaycan İnvestisiya Şirkəti ilə birgə görüşlərini təşkil edirik. Şirkətlərin nümayəndələrinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmaqlarını tövsiyə edirik”.
Azərbaycan İnvestiya Şirkəti “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-də 29 faizlik paya sahibdir.
Polise.az