Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə danışdı
Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Modern.az-a danışan 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur:
“Kefim də yaxşıdır, səhhətim də… Hətta lap əlayam”.
Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.
09:14
Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadənin səhhətində problem yaranıb.
Modern.az-ın məlumatına görə, sabiq baş nazir hazırda Bakı şəhərində deyil, o, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur.
Qeyd edilib ki, o, yaxın vaxtlarda Bakıya qayıdacaq.