Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərin işinə xitam verilmədi, proses davam edəcək – YENİLƏNDİ

Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşının cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilənlərdən birinin vəkili bildirib ki, baş vermiş hadisə zamanı müvəkkili harada olduğunun fərqində olmayıb:
“Ona kənardan irad bildirildikdən sonra QR-kod vasitəsilə Şəhidlər Xiyabanında olduğunu anlayıb. Hörmət əlaməti olaraq hərbi salam verib. Onların ölkəsində hərbi salam addımlayaraq verilir. Bu da videoda yanlış anlaşılmaya səbəb olub”.
Vəkilin sözlərinə görə, işdə cinayət tərkibi yoxdur: “Məkəmədən işə xitam verilməsini xahiş edirəm”.
Digər vəkillər də vəsatəti müdafiə ediblər. Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu bildirib.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan şəhid Etibar Fərəcovun qohumu Eldəniz Fərəcov işin məhkəmə baxışına verilməsini xahiş edib.
Hakim işin məhkəmə baxışına verilməsini elan edib.
Növbəti məhkəmə prosesi noyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.
***
Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməkdə ittiham olunan əcnəbi vətəndaşların məhkəməsi keçirilir.
Teleqraf xəbər verir ki, təqsirləndirilən şəxslər Səbail Rayon Məhkəməsinə gətirilib.
Yaxın vaxtlarda onlar hakim qarşısına çıxarılacaqlar. Cinayət işinə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Polise.az