Səhiyyə naziri: Təyyarə qəzası nəticəsində xəsarət alan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilərək “Yeni klinika”ya yerləşdirilib-Video
Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində xəsarət alan 17 Azərbaycan vətəndaşından 3-ü müalicələrini Qazaxıstanda davam etdirirdilər. Qazaxıstanlı həmkarların çevik və peşəkar yanaşması nəticəsində onların bu gün Bakıya təxliyə məsələsi müzakirə olunub. Prezident İlham Əliyevin göstərişi ilə iki xüsusi tibbi təyinatlı təyyarə Aktau şəhərinə yollanıb. Hazırda həmin üç Azərbaycan vətəndaşı Bakıya gətirilib və müalicələrini “Yeni Klinika” tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirirlər. Onların hamısının vəziyyəti ağır-stabildir”.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, xəsarət alan 17 nəfərdən doqquzu bu gün evə buraxılıb. Hazırda reanimasiyaya üç nəfər yerləşdirilib, beş nəfər isə stasionar şəraitdə müalicə alır.
Polise.az