Şəki rayon sakininə məxsus moped oğurlandı
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə D.Əliyeva küçəsindən Şəki rayon sakini M.Əsədova məxsus mopedin oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hilal İbrahimov və Muradxan Əliyev müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.



