Şəkidə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Şəkidə polis əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Rəşad Məmmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
R.Məmmədov barəsində Şəki ŞRPŞ-də araşdırma aparılır.