Şəkidə narkotik satan və alan şəxs saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən  əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri istifadə etməkdə və üzərində daşımaqda  şübhəli bilinən şəhər sakini R.Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin, yaşadığı ünvana baxış keçirilən zaman isə oradan 465 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.  R.Əhmədovun ətrafında davam etdirilən tədbirlərlə ona heroini satmaqda şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Cəfərov da saxlanılıb.

Faktla bağlı Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button