Şəkidə yabanı halda bitən çətənə kolları məhv edilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çeşməli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, ümumi çəkisi 600 kiloqramdan artıq olan 8156 ədəd həmin çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button