Səlahiyyətli nümayəndə “Snowfest – Qış festivalı”nda görülən işlərlə tanış olub

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri Naxçıvan şəhərinin Heydər Əliyev prospektinə gəlib, burada təşkil olunan “Snowfest – Qış festivalı”na hazırlığın vəziyyəti ilə maraqlanıb, sakinlərlə səmimi söhbət edib, uşaqlarla xatirə fotoları çəkdiriblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səlahiyyətli nümayəndəyə festivala hazırlıqla bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, Yeni il şəhərciyi orijinal dizaynda, rəngarəng işıqlandırma sistemləri və dekorlarla bəzədilib, burada şəhərin ən böyük yolkası quraşdırılıb.

Yeni il şəhərciyinin ümumi ab-havasına uyğun quraşdırılan köşklərdə isə muxtar respublika sakinlərinə və qonaqlara iaşə xidmətləri göstərilir.

İaşə köşklərində təqdim olunan məhsullarla tanış olan səlahiyyətli nümayəndəyə məlumat verilib ki, muxtar respublikada fəaliyyət göstərən istehsal və iaşə obyektlərində, eləcə də bölgələrdə fəaliyyət göstərən ailə təsərrüfatları tərəfindən hazırlanan müxtəlif məhsullar, həmçinin əl işləri və oyuncaqlar festival iştirakçılarına təqdim olunur. Yolkanın ətrafında uşaqlar üçün “face art” və digər müxtəlif əyləncəli oyunlar təşkil olunub.

Ənənəyə uyğun olaraq, bu il də tədbirdə qurulan dilək yolkasında Ordubad şəhər internat tam orta məktəbində təhsil alan şagirdlərin Yeni il arzuları yer alıb.

Qeyd edək ki, şagirdlərin bütün arzuları həyata keçiriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button