Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərovla vida mərasimi keçirilir
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovun meyitinin qalıqları Şəmkir rayonuna gətirilib.
Polise.az-ın məlumatına görə, şəhidin nəşi Şəmkir rayonunun Mehrili kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.
Ə.Əsgərov Mehrili kənd qəbiristanlığında dəfn olunacaq.
Polise.az