Şəmkirdə həmkəndlisini qətlə yetirən 16 yaşlı yeniyetmə saxlanıldı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Polise.az Teleqraf-ın Qərb bürosuna istinadən  xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılaraq istintaqa verilib.

Faktla bağlı araşdırmalar davam edir.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button