Sərkisyanın 7 rayon etirafı: onda niyə Ağdamı… – Marukyan
Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın dünənki bəyanatlarında belə bir fikir qırmızı xətlə ifadə olunurdu ki, Qarabağ probleminin bütün mümkün həll yolları zamanı 5+2 formulu üzrə rayonların Azərbaycana qaytarılması nəzərdə tutulub.
Bu barədə Maariflənmiş Ermənistan Partiyasının rəhbəri, deputat Edmon Marukyan sosial şəbəkə səhifəsində yazıb.
Onun sözlərinə görə, Sərkisyanın sözlərindən belə çıxır ki, nə olur-olsun, Ermənistan bu torpaqları Azərbaycana qaytarmalı idi:
“Əgər belədirsə, nə üçün Ermənistan bütün bu illər ərzində resurslarını və vergi ödəyicilərinin pullarını həmin rayonlarda müdafiə tədbirlərinə xərcləyib? Niyə orada yollar tikilirdi? Biz bu rayonları 30 il ərzində artıq yük kimi daşıyırdıq. Təsəvvür edin, yalnız Zəngilan, Qubadlı və Ağdam rayonlarının müdafiə tədbirlərinə on milyonlarla ABŞ dolları xərclənib”, – deyə erməni deputat qeyd edib.