“Sərnişinlər avtomobildən pul oğurladı” deyən sürücünün yalanı üzə çıxdı

Dəfələrlə dövlət qurumlarına eləcə də, polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara hələ də rast gəlinməkdədir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakini  E.Fərəcov polisə müraciət edərək idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilə sərnişin qismində əyləşən tanımadığı 3 nəfər şəxs tərəfindən 500 manat pulunun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib. Araşdırmalarla məlum olub ki, həmin sərnişinlər yol haqqını ödəmədiyi üçün E.Fərəcov onların guya avtomobildən oğurluq etməsi ilə bağlı polisə bilərəkdən yalan məlumat verib.

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button