Sərt yollara əl atılmalıdır: “Ermənistan cəmiyyətinin faşizmdən xilas olmasının əsas üsulu məhz budur”

“Uzun müddətdir ki, Azərbaycanda siyasi sferada Ermənistandakı faşist ideologiyasının dövlət siyasəti ilə bağlı olması barədə müzakirələr davam etməkdədir. Bu yaxınlarda Ermənistanın birinci prezidenti olmuş Levon Ter- Petrosyanın 1993-cü ilin 27 iyulundakı məşhur faşist çıxışı bu məsələni yenidən aktuallaşdırdı. Bir daha məlum oldu ki, Ermənistanda bu günə qədər hakimiyyətdə olmuş 3 prezident birbaşa faşist ideologiyasının daşıyıcıları olublar”.

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, bu gün Ermənistan hakimiyyətində, ümumiyyətlə siyasi çevrələrdə faşist ideologiyasının daşıyıcıları həddindən artıq çoxdur:

” Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında artıq 4 ildir ki, sülh müqaviləsinin imzalanması yuvadılır. O cümlədən, Ermənistanın öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Zəngəzur dəhlizi açılmır və digər məsələlər öz həllini tapmır. Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Milli Qanunvericiliyi və Konstitusiyası ilə bağlı tələblər qulaqardına vurulur. Azərbaycan Prezidenti İlham Əliyev də bunu növbəti dəfə öz müsahibəsində diqqətə çatdıraraq Ermənistana xəbərdarlıq etdi.

Biz son 1 əsrin tarixinə diqqət yetirsək görərik ki, faşist ideologiyası ilə silahlanmış cəmiyyətlərin islah olunması üçün yalnız 1 yol mümkün olub. O da faşist ideologiyanın darmadağın edilərək ona öldürücü zərbənin vurulması ilə mümkün olub. Bunun həm İkinci Dünya Savaşından sonra faşist Almaniyasının, eyni zamanda, millitarist Yaponiya imperatorluğunun, İtaliyanın timsalında şahidi olmuşuq. Məhz bu ölkələrdə faşist ideologiyasının başında duran şəxslər və bu ideologiyanın təbliğatçıları, onun əsas aparıcı qüvvələri zərərsizləşdirilib cəzalandırıldıqdan sonra o cəmiyyətlər tərbiyələnməyə başlayıblar. Məhz Almaniyada faşist elitanın məhv edilməsi, o cümlədən Nürnberq məhkəməsinin keçirilməsi ilə faşist cəlladlarının cəzalandırılması bütün dünyaya ciddi bir mesaj verdi. Bu baxımdan Ermənistan cəmiyyəti də həmin faşist cəmiyyətlərin yolunu getməkdədir. Ermənistan cəmiyyətinin faşizmdən xilas olmasının əsas yolu bu ideologiyanın əsas aparıcı qüvvəsi olan erməni ordusu və terrorçu təşkilatların darmadağın edilərək onlara öldürücü zərbə vurulmasından keçir. Müasir dövrdə bunun başqa yolları olsa da təəssüf ki, son bir neçə ildir erməni cəmiyyətinin siyasi yollardan imtina etdiyini görürük”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button