Sərtləşdirilmiş karantin rejimi bu gün: DİN-dən açıqlama

“İyunun 6-ı saat 00.00-dan indiyə qədər sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan şəxs qeydə alınmayıb”.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, hələlik polis tərəfindən sərtləşdirilmiş karantin rejiminin pozulması faktı qeydə alınmayıb və cərimə olunan yoxdur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button