Səudiyyə Ərəbistanı “Expo-2030” sərgisinə ev sahibliyi edəcək

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri çərşənbə axşamı İtaliya və Cənubi Koreyanı ilə rəqabətdə qalib gələrək 2030-cu il Ümumdünya Sərgisinə (Expo-2030) ev sahibliyi etmək hüququ qazanıb

Polise.az  “Saudi Press” agentliyinə istinadla xəbər verir ki, Parisdə keçirilən Beynəlxalq Sərgilər Bürosu (BIE) təşkilatçılarının ümumi Assambleyasında yalnız bir tur səsverməyə ehtiyacı olan və üzv ölkələrin lazımi üçdə iki səs çoxluğunu təmin edən Ər-Riyad 119, Cənubi Koreyanın Busan şəhəri 29 və İtaliyanın paytaxtı Roma isə 17 səs toplayıb.

Bu münasibətlə müxtəlif ölkələrin rəhbərləri Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ünvanına təbrik məktubları göndəriblər.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Ər-Riyadın təklifini dəstəkləyən ölkələrə təşəkkürünü bildirib və qeyd edib ki, “Expo-2030”a ev sahibliyi etmək üçün qazanılan qələbə dünyanın Krallığa olan etimadını əks etdirir.

Səudiyyə Ərəbistanı tədbir üçün yeganə iddiaçı kimi ortaya çıxdıqdan sonra 2034-cü il futbol üzrə Dünya Kubokuna ev sahibliyi etməyə hazırlaşır və artıq bir çox avtomobil yarışı, qolf və döyüş idmanı yarışlarını qarşılayır.

Ər-Riyad Sərgisi 2030-cu ilin oktyabrından 2031-ci ilin martına qədər “Dəyişiklik dövrü: uzaqgörən sabah üçün birlikdə” mövzusunda keçiriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button