BƏƏ İranın təzminat ödəməsini tələb edir

“İranın Fars körfəzi ölkələrinin ərazilərinə zərbələri ilə bağlı vəziyyətin istənilən siyasi həlli hücum etməmək barədə təminatları və hücumlar nəticəsində dəymiş maddi ziyanın ödənilməsini əhatə etməlidir”.
Polise.az Moderator.az -a istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş “X” platformasında yazıb.
“İranın Fars körfəzinin ərəb dövlətlərinə qarşı təcavüzünün nizamlanmasına yönəlmiş istənilən siyasi həll gələcəkdə belə hücumların təkrarlanmasının qarşısını alan aydın təminatları özündə ehtiva etməli, hücum etməmək prinsipini təsbit etməli, həmçinin mülki və həyati əhəmiyyətli obyektlərə, eləcə də dinc əhaliyə endirilən zərbələrə görə İranın təzimanatlar ödəməsini nəzərdə tutmalıdır”, – deyə o vurğulayıb.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button