Saakaşvili aclıq aksiyasına başladığını elan edib
Gürcüstanın sabiq prezident Mixail Saakaşvili saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb.
Bu barədə Mixail Saakaşviliyə təcridxanada baş çəkən Gürcüstan ombudsmanı Nino Lomcariya məlumat yayıb.
Ombudsman həmçinin bildirib ki, M. Saakaşvili Ukrayna konsulu ilə görüş tələb edir.
“Mən içəri daxil olanda o, (Mixail Saakaşvilini nəzərdə tutur – red) tibbi müayinədən keçirdi. Sonra bizə kamerada danışmaq imkanı verildi”, – deyə Gürcüstan ombudsmanı fikrini tamamlayıb.