Saatlı Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq üçün qanvermə aksiyası keçirilib

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Mərkəzi Qan Bankının təşəbbüsü keçirilən könüllü qan vermə aksiyasında Saatlı Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal iştirak ediblər.

Səhhəti imkan verən polis əməkdaşları tibbi müayinədən keçdikdən sonra qan vermək üçün masalara yaxınlaşıblar. Onlar bu aksiyaya qoşulmağı özlərinə vətəndaşlıq borcu olduğunu bildirirərək, xəstə insanların heç də cəmiyyətdən kənarda qalmadıqlarını bir daha nümayiş etdiriblər. Keçirilən xeyriyyəçilik tədbiri aksiya iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Hamısını Göstər

Related Articles

Back to top button