Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıblar

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər aparıblar..

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, yol patrul xidmətinin inspektorları sutka ərzində bir neçə dəfə uzun məsafə qət edərək, minik avtomobilləri ilə rayonlararası və şəhərlərarası sərnişin daşımaları həyata keçirən sürücülərlə profilaktik söhbətlər aparıblar.  Onlara öz tövsiyələrini çatdıran polis əməkdaşları sürücülərə yorğun və yuxulu vəziyyətdə nəqliyyat vasitəsini idarə etmələrinin təhlükəli olduğunu bildiriblər. Onlara özlərinin və sərnişinlərinin təhlükəsizliyi üçün mütləq qaydada normal iş rejiminə əməl etmələrinin, yay fəsli ilə əlaqədar isti havada səfərə çıxmazdan əvvəl yollarda olan vəziyyət haqqında, eləcə də nəqliyyat vasitəsində olan müştərilərin səhhətləri ilə bağlı məlumat almalarının vacibliyi diqqətlərini çatdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button