Saatlı RPŞ-nin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində pandemiya qaydalarına riayət edilməsi məqsədilə profilaktik-maarifləndirmə tədbirlərini davam etdirirlər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşları rayon ərazisində yerləşən iri ticarət mərkəzlərində və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi məqsədi ilə nəzarət-profilaktiki tədbirlər keçirərək, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi barədə məlumat veriblər. Obyekt sahiblərinə və sakinlərə izahedici söhbətlər zamanı mövcud qaydalara mütləq şəkildə riayət etmələrinin vacibliyi izah olunub.
Bundan əlavə RPŞ-nin DYP bölməsinin inspektorları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunmasının təmin edilməsini tapşırıblar.
Keçirilən tədbirlər zamanı qaydaları pozan şəxslər barədə müvafiq tədbirlər görülüb.