Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Potubəyli kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin icarədarı Z.Məmmədov və orada olan beş müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.