Saatlıda karantin qaydalarının pozulduğu məclis aşkar olunub
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və mövcud qaydalara ciddi riayət etməsi tapşırılıb.



