Saatlıda maarifləndirmə tədbirləri davam etdirilir
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Nərimankənd kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis mayoru Əjdər Əliyev ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli tədbirlərdən danışaraq bildirib ki, bu əməllə məşğul olan hər bir şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Siz gənclər isə belə hallarla qarşılaşdıqda ehtiyatlı olmalı, dərhal müəllimlərinizə, valideynlərinizə və polisə məlumat verməlisiniz. Erkən nikaha daxilolma mövzusuna da toxunan Ə.Əliyev bu cür halların qızlarda yaratdığı fiziki və psixoloji fəsadlar barədə geniş məlumat verib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.