Saatlıda müştərilərə qəlyan təklif edən obyekt aşkarlandı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin sahibi F.Agayev barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button