Saatlıda polis əməkdaşları təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparırlar

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin bir çox bölgələrində yerləşən təhsil müəssisələrində 9-cu sinif şagirdlərinin yekun attestasiya imtahanları keçirilib. Mərkəzi Aran bölgəsi üzrə Saatlı rayonunda da beş məktəb binasında imtahanların keçirilməsi baş tutub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə gücləndirilmiş iş rejimində xidmət aparırlar. Həmin yerlərdə sosial izolyasiya qaydalarına riayət olunmasına və ərazidə təhlükəsizliyin təmin edilməsinə ciddi nəzarət olunur.

Hamısını Göstər

Related Articles

Back to top button