Saatlıda şagirdlər narkomaniya və erkən nikahın fəsadları barədə maarifləndiriliblər

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə V.Əsgərov adına 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və  “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev məktəblilərə narkotik vasitələrin zərərlərindən, insan və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, respublikanın bütün bölgələrində olduğu kimi, Saatlı rayonunda da bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb edilir.

Daha sonra “Erkən nikah və onun fəsadları” mövzusunda çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə həyatı qurmalarının yolverilməz olduğunu qeyd edərək, bu cür halların gənc ailələrdə yaratdığı problemlər barədə məlumatlar verib.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb. 

Hamısını Göstər

Related Articles

Back to top button