Sabah İlham Əliyev Əbu-Dabidə Nikol Paşinyanla görüşəcək

Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
Polise.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Polise.az



