Sabiq daxili işlər naziri həbs edilib
Naxçıvan Muxtar Respublikasının sabiq Daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov Naxçıvanda həbs edilib.
Məlumata görə, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.



