Sabiq nazir: Süni intellekt hərbi texnologiyalarda əməliyyat riskləri yaradır

“Avtonom silah sistemləri və süni intellektlə təchiz olunmuş hərbi texnologiyalar müasir müdafiənin bir hissəsinə çevrilir, lakin ciddi etik, hüquqi və əməliyyat riskləri yaradır”.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın sabiq xarici işlər naziri Vladimir Norov XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

V.Norov qeyd edib ki, beynəlxalq tövsiyələrə görə, ölümcül güc tətbiqində son qərar həmişə insanda qalmalıdır:

“Süni intellekt silahları beynəlxalq humanitar hüququn prinsiplərinə əməl etməli və avtonom sistemlərdə fövqəladə dayandırma mexanizmləri olmalıdır. Süni intellekt iqtisadi və hərbi sahədə böyük potensiala malik olsa da, tətbiqi riskləri artırır və beynəlxalq ictimaiyyət risk əsaslı təsnifat yaratmalıdır”.

O əlavə edib ki, süni intellekt misli görünməmiş sürətlə inkişaf edir və dünyada hər həftə 700 milyondan çox insan onu istifadə edir.

“Eyni zamanda məlumat mərkəzlərinə və hesablama infrastrukturuna böyük investisiyalar yatırılır və bu sürətli inkişafın davam edəcəyi ehtimal olunur. Proqnozlara görə, 2026–2030-cu illər arasında məlumat mərkəzlərinin inkişafına 1 trilyon dollardan çox vəsait yatırılacaq”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button