Sabir Rüstəmxanlı Türkiyədə yüksək mükafat aldı

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı “Türk Dünyasına Hizmet Ödülü”nə layiq görülüb.

Kult.az xəbər verir ki, ödül millət vəkilinə iyunun 26-da İpəkyolu Kamu Diplomasisi və Ekonomik İşbirliği Təşkilatı ilə Uluslararası İpəkyolu Dərgisinin 17-ci “İpəkyolu İlin Altın Adamları Ödül Töreni”ndə təqdim edilib.

Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş millət vəkillərinin, tanınmış sənət və iş adamlarının iştirakı ilə keçirilən mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyükelçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları da var.

Qeyd edək ki, Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir. O, qardaş ölkənin siyasi və ictimai çevrələrində bir sıra yüksək görüşlər keçirir.

Hamısını Göstər

Related Articles

Back to top button