Sabirabad sakinindən patı aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Suqovuşan kənd sakini Şakir Cəfərov saxlanılıb.   

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button