Sabirabad sakinləri qanunsuz odlu silahları polisə təhvil veriblər
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Polise.az-ın müxbirinə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 5 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polie.az