Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindənkultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərinaşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “polise.az“a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindəçətənə bitkisi yetişdirməkdə şübhəli bilinənrayonun Cəngan kənd sakini, əvvəllər məhkum edilmişŞahin Hüseynov saxlanılıb. Ş. Hüseynovunyaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradaaqrotexniki qaydada qulluq edərək yetişdirdiyi27ədəd çətənə koluvəçəkisi 14 kiloqramolan qurudulmuş marixuanaaşkar edilərək götürülüb.Həmçinin Ş. Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi 1 ədəd tüfəng də maddi sübut kimi götürülüb.

Faktla bağlıSabirabad RPŞ-dəaraşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button