Sabirabadda COVID-19 xəstəsi qaydaları pozaraq yaşadığı ünvanı tərk edib

Sabirabad rayonu Kürkəndi kənd sakini İslam Cəbrayılova  COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button