Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  Polise.az -a verilən məlumata görə, həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimi götürülüb götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button