Şabran sakinindən 2 ədəd silah aşkarlandı
Şabran rayon sakini Mustafa Məmmədov qanunsuz silahlar saxladığına görə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin şəxsdən 2 ədəd 12 kalibrli və 16 kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Hazırda faktla bağlı RPŞ-də araşdırma aparılır.