Şabran sakinindən narkotik aşkarlandı

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun polise.az-a bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Vicay Rəsulov saxlanılıb. Həmin şəxsin  üzərinə və özünə məxsus avtomobilə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button