Şabran sakinindən “patı” tapıldı

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan polise.aza bildirildiyinə görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli   metamfetamin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Asim Mircəfərov saxlanılıb.

  Saxlanılarkən həmin şəxsin  üzərinə baxış keçirilən zaman psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button