Şabran sakininin evindən külli miqdarda narkotik vasitələr aşkarlandı

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun polise.az-a bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Əzəmət Həkimov saxlanılıb. Həmin şəxsin  üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan marixuana, xaşxaş bitkisindən kustar üsulla alınmış tiryək, külli miqdarda psixotrop maddə olan metamfetamin və xeyli miqdarda  heroin aşkar edilərək götürülüb.

 Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button