Şabranda polis əməkdaşları məktəblilərlə görüşüblər

Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ağbaş kənd tam orta məktəbində  “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə RPŞ-nin əməkdaşları, təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Məhəmməd İbrahimov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin, ötən il ərzində Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində aşkarlanmış faktların statistikası qeyd olunub və müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button