Şabranda və Qubada pirotexniki vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə  Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a məlumat verilib.

Növbəti belə tədbir Şabran və Quba Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən keçirilib. Rayon  ərazisində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən Şabran rayon sakini Telman Quliyev, eləcə də Quba rayon sakinləri Elmar Fərzəliyev və Tengiz Quliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin fəaliyyət göstərdiyi yerlərə baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı onlar barəsində Şabran və Quba RPŞ-lərində araşdırma aparılır.  

Qeyd edək ki, Daxili İşlər Orqanları tərəfindən bundan sonra da məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər barəsində ciddi tədbirlər görüləcək.

Hamısını Göstər

Related Articles

Back to top button