Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstələri aşkarlanıb
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, Şabran rayon sakinləri Mehram Ağayev, Əlsahib Ağasıyev və Reyhanə Yarıyeva COVID-19 testlərnin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən olunub. Polis əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və yaşadığı ünvanlara geri qaytarılıblar.
Hər üç şəxs barəsində barəsində Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.