Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş Kamran Rüstəmov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun üzərindən külli miqdarda tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotik vasitələrin satışında istifadə olunan elektron tərəzi aşkar edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button