Şad xəbər: “Aprel ayından pandemiya ocağı sönməyə başlayacaq”
Azərbaycanda buster doza ilə peyvəndlənməyənlərin “covid pasportu” fevralın 15-dən etibarsız hesab olunacaq.
Yəni, iki doza peyvənd vurulduqdan sonra verilən “Peyvənd sertifikatı”nın 6 ay etibarlılıq müddəti var. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.
Bu tələbdən sonra vətəndaşlarda “4, 5, 6 və s.dozalarda gələcəkdə tələb olunacaqmı?” sualı yaranıb.
Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin ixract departamentinin direktoru Müşfiq Hüseynov Medianews.az saytına açıqlaması zamanı bildirib ki, gerisinin gələcəyini isə düşünmür. Çünki bu ilin aprel ayından pandemiya ocağı sönməyə başlayacaq.
“Yayın ilk aylarında isə bu bəla bir dəfəlik bitəcək. Nə yeni ştamm, nə ağırlaşma gözlənilmir.
Hazırki ştammın ciyərdə yox boğazda olmasına, yüngül keçməsinə diqqət yetirsək, görərik ki, bu virusun sonuncu fazasıdır. Bu xəstəlik artıq adi angina formasında keçir. Bu isə bədənin xəstəliyə öyrənməsi və koronavirusun digər çöpləri kimi Omicronun da bədənimizdə ölənə qədər yaşayacağı deməkdir.
4,5,6-cı dozaların isə olacağını gözləmirəm”.