Sadır Japarov Azərbaycan-Qırğız İnvestisiya Fondunun əhəmiyyətini vurğulayıb

Qırğız Respublikası Macarıstanın Türk Dövlətləri Təşkilatına (TDT) töhfələrini yüksək qiymətləndirir.
APA-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Qırğız Respublikasının Prezidenti Sadır Japarov bildirib.
Sadır Japarov deyib ki, Macarıstan Türk dünyası və Avropa arasında körpü rolunu oynayır: “Qırğız Respublikası bir sıra iqtisadi layihələrin həyata keçirilməsini təklif edib və bu layihələrin həyata keçəcəyinə inanıram. Son 4 ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfə artıb. Azərbaycan-Qırğız, Macarıstan-Qırğız investisiya fondlarının effektiv fəaliyyət göstərəcəyinə əminik”.
Çindən başlayan dəmir yolu layihəsindən bəhs edən Qırğız Prezidenti qeyd edib ki, bu dəmir yolu xətti Avropa ilə ticarətdə mühüm rol oynayacaq.
Polise.az