Şagirdi tərəfindən güllələnən müəllim palataya köçürüldü – YENİLƏNDİ

Ötən gün “İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllim palataya köçürülüb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.
“1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda qeyd olunub.
***
12:13
Ötən gün “İdrak” liseyində şagirdi tərəfindən güllələnən müəllimin durumu hazırda stabildir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün saat 09:00 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib.
Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.



