Şagirdlərlə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil edilib-FOTO

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Polise.az-a verilən məlumata görə, görüşdə şəhər icra hakimiyyətinin, Şirvan-Salyan Regional Təhsil İdarəsinin və hüquq mühafizə orqanlarının rəhbərləri, məktəbin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Tədbirin əvvəlində Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Şirvan Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov və digər iştirakçılar narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışıb, hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlərdən bəhs ediblər. Məktəblilərlə həmsöhbət olan məruzəçilər onlara təhsilləri ilə bağlı dəyərli tövsiyələr veriblər.

Görüşün sonunda şagirdləri və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button